Sən nə yamansan, ay buz..?

...Paytaxt gölməçələrindən birində yaz buzuna çıxmaq piyada qadının ölümü ilə nəticələnib.

SİA-nın əldə etdiyi məlumata görə, Moskva prokurorluğunun mətbuat xidməti xəbər verir ki, insident ötən cümə günü, martın 29-da günorta saatlarında paytaxtın şərqindəki Qolyanovski parkında yerləşən Qolyanovski gölündə qeydə alınıb.

...Müəyyən edilib ki, qadın sahilin əks tərəfinə keçmək istəyib, lakin bir anda buzlu suya düşüb.

Zərərçəkmiş sudan çıxarılsa da, daha sonra təcili yardım maşınında dünyasını dəyişib.

Moskovalının faciəli ölümü ilə bağlı araşdırmalara başlanılıb.

Yeri gəlmişkən, nəzarət qurumu moskvalılara yazda buzun təhlükələrini də xatırladıb.

...Buzun üzərinə çıxmayın, su hövzələrini keçməyin, buzun kənarına, dərələrə və çatlara yaxınlaşmayın.

Bunu Moskva prokurorluğu xəbərdarlıq kimi bildirib.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə