Salyanda mikroavtobus və minivan toqquşub, yaralılar var

Salyanda mikroavtobus və minivan toqquşub, yaralılar var

Salyan rayonunda yol nəqliyyat hadisəsi baş verib, mikroavtobus və minivan tipli nəqliyyat vasitələrinin toqquşması nəticəsində xəsarət alanlar olub.

SİA-nın AZƏRTAC-dan əldə etdiyi məlumata görə, hadisə Ələt-Astara avtomobil yolunun Babazanlı qəsəbəsi ərazisində qeydə alınıb.

"Ford” markalı mikroavtobus və “Mercedes Vito” markalı nəqliyyat vasitəsi toqquşub. Qəza zamanı xəsarət alanlar - Qafarov Elnur, Səmədov Samid, Eldarov Davud və Həsənov Cəmil Salyan Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə