ADY FHN ilə birlikdə növbəti praktiki təlim keçirib

"Azərbaycan Dəmir Yolları" QSC (ADY) əməkdaşlarının böhran vəziyyətinin idarəolunması üzrə bacarıqlarını təkmilləşdirir. SİA xəbər verir ki, bu barədə səhmdar cəmiyyətinin açıqlamasında bildirilir.

Məlumatda deyilir ki, bununla bağlı qurum Fövqəladə Hallar Nazirliyi (FHN) ilə birlikdə növbəti praktiki təlim keçirib. Biləcəri Yuyucu-Buxarlayıcı sahəsində baş tutan təlimdə ADY-nin mülki müdafiə qüvvələri, 2 yanğınsöndürən qatarı və müvafiq nəqliyyat vasitələri, o cümlədən FHN-in Bakı Regional Mərkəzinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin xüsusi təyinatlı texnikaları və şəxsi heyəti iştirak edib.

https://youtu.be/07-rYJM-rXY

Bütün xəbərlər Facebook səhifəmizdə