Lənkəranda zəncirvari yol qəzası olub

Lənkəran rayonunda ağır avtoqəza olub. SİA-nın məlumatına görə, hadisə rayonun Sütəmurdov kəndi ərazisində baş verib.

Belə ki, zəncirvari qəzada "VAZ-2109", "Chevrolet Cruz" və " Mercedes" markalı nəqliyyat vasitələri toqquşub. Nəticədə "VAZ-2109"da olan sürücü və oğlu hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə