Nazas avtobus qəza törədib...

...Kurskda LIAZ markalı müntəzəm avtobus sürətlə hərəkət edərək 7 avtomobili və daha bir avtobusu sıradan çıxarıb. Böyük qəzada ikisi uşaq olmaqla 10 nəfər xəsarət alıb.

SİA-nın əldə etdiyi məlumata görə, çərşənbə günü, martın 27-də günorta saatlarında Dzerjinski küçəsi ilə enərkən dəhşətli qəza baş verib.

Əyləcləri sıradan çıxan avtobus yeddi avtomobilə çırpılıb, ikinci avtobusa dəyib və hasara dirənərək dayanıb.

Qəza yerindən çəkilən görüntülərə görə, sərnişinlər şüşələri sındıraraq avtobusdan düşməli olublar.

Kursk vilayətinin qubernatoru Roman Starovoyt Kursk şəhərinin mərkəzi bazarında baş verən qəza anını əks etdirən video yayımlayıb.

Onun sözlərinə görə, 10 Kursk sakininə tibbi yardım göstərilib, onlardan 6-sı xəstəxanaya çatdırılıb.

Rəsmi qeyd edib ki, qəzanın səbəbləri hələ müəyyənləşdirilməyib, lakin hadisə göstərdi ki, “köhnə avtobusları yeniləri ilə əvəz etməkdə davam etməliyik”.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə