Polis əməkdaşları Balakəndə yerin təkindən istifadə qaydalarını pozan 6 nəfəri məsuliyyətə cəlb ediblər. Bu barədə SİA-ya Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin Şəki regional qrupundan məlumat verilib.
Bildirilib ki, yerin təkindən qanunsuz istifadənin qarşısının alınması məqsədilə Balakən Rayon Polis Şöbəsinin əməkdaşları 7 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin mütəxəssisləri ilə birgə tədbirlər keçiriblər.
Tədbirlərlə qeyri-qanuni qum-çınqıl daşınmasını və satışını həyata keçirən şəxslər müəyyən ediliblər. Onların barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokollar tərtib olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB