Cəlilabad rayon Ləzran kənd sakini, 1995-ci il təvəllüdlü Kərimova Şəfəq Əliağa qızı mart ayının 23-də axşam saatlarında 3 azyaşlı övladı ilə birlikdə yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb. Bu barədə SİA-ya Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, Ş.Kərimovanın boyu 152 sm, arıq bədən quruluşlu, saçlarının rəngi şabalıdı, gözlərinin rəngi isə qaradır.
"Şəkildə gördüyünüz şəxsi tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə və ya Cəlilabad Rayon Polis Şöbəsinə (055-248-17-33) nömrəsinə məlumat vermələri xahiş olunur", - məlumatda qeyd olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB