Sabirabadda avtomobil piyadanı vurub

Sabirabadda avtomobil piyadanı vurub

Sabirabadda avtomobil piyadanı vuraraq ağır yaralayıb. SİA xəbər verir ki, hadisə Sabirabad rayonunun Qaratoğay kəndində qeydə alınıb. "QAZ-31" markalı avtomobil Sabirabad rayonunun Qaratoğay kənd sakini, 1990-cı il təvəllüdlü Vahidov Tarıverdi Nadim oğlunu vurub. Piyada ağır xəsarətlərlə Şirvan şəhər xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə