Ötən gün 23 kiloqrama yaxın narkotik aşkarlanıb

Ötən gün 23 kiloqrama yaxın narkotik aşkarlanıb

Polis əməkdaşları ölkə ərazisində ötən gün 23 kiloqrama yaxın narkotik aşkarlayıblar. Bu barədə SİA-ya Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr – 17,4 kiloqramdan artıq marixuana, 2,8 kiloqrama yaxın heroin, 2,4 kiloqrama yaxın tiryək, 310 qrama yaxın metamfetamin və 22 ədəd metadon həbi olub.

Bütün xəbərlər Facebook səhifəmizdə