“Niva”da olanların hamısı ölüb...

Uqrada dəhşətli qəza - 3 nəfər ölüb, 13 nəfər yaralanıb
“Niva”da olanların hamısı ölüb...

...Xantı-Mansiysk Muxtar Dairəsində dəhşətli yol qəzası baş verib, nəticədə 3 nəfər ölüb, daha 13 nəfər yaralanıb.

SİA rus mənbələrinə istinadən xəbər verir ki, Uqra yol polisindən verilən məlumata görə, qəza Surqut-Koqalım yolunun 92-ci kilometrliyində baş verib.

Verilən məlumatlara görə, “Niva”nın sürücüsü sükan arxasında yuxulayıb, nəticədə avtomobil qarşıdan gələn nəqliyyat vasitəsinin yoluna çıxıb və mikroavtobusla toqquşub.

...Və “Niva”da olanların hamısı - 1971-ci il təvəllüdlü sürücü, 1993-cü il təvəllüdlü sərnişin və 2015-ci il təvəllüdlü uşaq dünyasını dəyişib.

Ağır xəsarət alan 3 nəfər hadisə yerindən helikopterlə təxliyə edilib.

Daha 7 nəfər təcili yardım qrupları tərəfindən təxliyə edilib. Yüngül xəsarət alan üç zərərçəkən həkimlər tərəfindən müayinə olunaraq evə buraxılıb.

Qəza ilə bağlı araşdırmalara başlanılıb.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə