İstixanadan elektrik avadanlıqları oğurlayanlar saxlanılıb - FOTOLAR

İstixanadan elektrik avadanlıqları oğurlayanlar saxlanılıb - FOTOLAR

Martın 22-də Maştağa qəsəbəsində yerləşən istixanaların birindən 10.000 manat dəyərində transformator, generator, elektrik naqili, su nasosu və istilik təchizat qurğusunun oğurlanması barədə Sabunçu Rayon Polis İdarəsinin (RPİ) 14-cü Polis Şöbəsinə (PŞ) məlumat daxil olub. DİN-dən SİA-ya verilən xəbərə görə, şöbə əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən Orxan Rüstəmov, əvvəllər dəfələrlə məhkum olunmuşlar Rafiq Cəfərov və Elmar Xıdırov müəyyən olunaraq saxlanılıblar.

Faktla bağlı Sabunçu RPİ-nin 14-cü PŞ-də araşdırmalar aparılır.

O.Rüstəmov, R.Cəfərov və E.Xıdırovun qanunsuz əməllərindən zərərçəkən başqa şəxslər varsa bu barədə polisə müraciət edə bilərlər.

Bütün xəbərlər Facebook səhifəmizdə