Rusiyanın Başqırdıstan Respublikasının Bişbülək kəndində fərdi evdə baş vermiş yanğın nəticəsində iki uşaq və bir qadın ölüb. SİA bu barədə rus saytlarına istinad edir.
Rusiya Fövqəladə Hallar Nazirliyinin Başqırdıstan Respublikası üzrə mətbuat xidmətinin məlumatına görə, yanan evdə 3 və 5 yaşlı iki uşaq və 67 yaşlı nənənin meyiti tapılıb.
Bu evdə böyük bir ailə yaşayırdı. Yanğın zamanı uşaqların anası və digər uşaq (əkiz) xəstəxanada, atası isə növbədə olub. Hazırda uşaqların anası ilə psixoloqlar işləyir.
Başqırdıstan Respublikası İstintaq Komitəsinin İstintaq Komitəsinin mətbuat xidməti yanğınla bağlı cinayət işi açıldığını bildirib. Hazırda hadisə yerinə baxış keçirilir, onun nəticələrinə əsasən məhkəmə-tibbi ekspertizalar kompleksi təyin olunacaq, hadisə şahidləri dindirilir, bütün hallar və yanğının səbəbi müəyyən edilir.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB