Xankəndidə xeyli silah-sursat aşkarlanıb

Xankəndidə xeyli silah-sursat aşkarlanıb

Xankəndi şəhəri ərazisindən xeyli silah və sursatlar aşkar olunaraq götürülüb. Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən SİA-ya verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə Xankəndi şəhəri ərazisindən 1 avtomat silah, 1 tapança, 1 qumbara, 14 patron darağı, 950 ədəd müxtəlif çaplı patron, 1 ədəd süngü-bıçaq və digər sursatlar aşkarlanaraq götürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə