Ağsuda maşın beton maneəyə çırpılıb, 58 yaşlı sürücü ölüb

Ağsuda maşın beton maneəyə çırpılıb, 58 yaşlı sürücü ölüb

Ağsuda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanıb.

SİA-nın APA-dan əldə etdiyi məlumata görə, DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan bildirilib ki, bu gün saat 14 radələrində Ağsu rayonunun Aratlı Curuğlu kəndi ərazisində “VAZ-2106” markalı avtomobilin sürücüsü, 1966 - cı il təvəllüdlü İsgəndər Alıyevin idarəetməni itirməsi nəticəsində nəqliyyat vasitəsi yoldan çıxaraq su kanalının beton maneəsinə çırpılıb.

Sürücü aldığı xəsarətlərdən hadisə yerində vəfat edib.

Faktla bağlı cinayət işi başlanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə