Qanunsuz silahlar təhvil götürülüb - DİN

Qanunsuz silahlar təhvil götürülüb - DİN

Polis əməkdaşları qanunsuz saxlanılan odlu silahların könüllü təhvil verilməsi ilə bağlı profilaktiki tədbirləri davam etdirir.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən SİA-ya bildirilib ki, martın 19-da polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 15 ədəd müxtəlif markalı tüfəng təhvil götürüblər.

Həmçinin Qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində tədbirlər davamlı olaraq həyata keçirilir. Martın 19-da polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə qanunsuz saxlanılan 10 ədəd müxtəlif markalı tüfəng aşkar edilərək götürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə