Daşkəsəndə narkotik vasitələr satan şəxs saxlanılıb

Daşkəsəndə narkotik vasitələr satan şəxs saxlanılıb. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan SİA-nın Qərb bürosuna verilən məlumata görə, Daşkəsən Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Gəncə şəhər sakini Məlikov Arif saxlanılıb.

Onun üzərərindən satış məqsədi ilə əldə etdiyi 1 kiloqramdan artıq narkotik vasitə marixuana və heroin aşkar edilərək götürülüb.

Araşdırmalar davam etdirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə