İtini xilas etmək istədi, özü buz altına düşdü...

...Tula vilayətinin Eqnışovka kəndi yaxınlığında yerli sakini itini xilas edərkən buzun altına yıxılıb.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə xəbəri “Moskovski Komsomolets” Rusiya Fövqəladə Hallar Nazirliyinə istinadən yayıb.

Deməli, xilasedicilərin sözlərinə görə, kişi ev heyvanı ilə Oka yaxınlığında gəzirmiş. Birdən it onun əlindəki bağı qopararaq buzun üstünə qaçıb. Ev sahibi tələsik onun arxasınca gedərkən, bu zaman buz sınıb və hər ikisi buzun arasına yıxılıblar.

Bədbəxt Tula sakini kəndirlə özünü və ev heyvanını xilas etməyə çalışsa da, praktiki olaraq buna müvəffəq ola bilməyib. Amma o, imkan tapıb Fövqəladə Hallar Nazirliyinə də zəng vurmağı bacarıb.

Hadisə yerinə gələn xilasedicilər tez bir zamanda kişi və iti sudan çıxarıblar. Xoşbəxtlikdən onlar sağ qalıblar.

Yeri gəlmişkən, ötən gün Yekaterinburqda buz bloku üç yaşlı uşağın üzərinə düşüb...

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə