Polis şokda: bu qədər pulu necə oğurlamaq olar?

Sankt-Peterburqda quldur şəhər banklarından birinin seyfindən 1 milyard 64 milyon rubl götürüb.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə xəbəri “Mash on the Moika” Telegram kanalı yazıb.

İlkin məlumatlara görə, hadisəni törədənin Rusiya və Moldova vətəndaşı olduğu üzə çıxıb.

Soyğunçu Miçurinskaya küçəsindəki kredit təşkilatının 12 hücrəsindən belə təsir edici məbləği çıxara bilib.

Polisin məlumatına görə, kişi hətta məbləğin bir hissəsini xərcləməyə də nail olub.

Hazırda oğurluq maddəsi ilə cinayət işi başlanıb. Şübhəli şəxs barədə mayın 15-dək həbs qətimkan tədbiri seçilib.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə