Biləsuvarda minik avtomobili elektrik dirəyinə çırpılıb

Biləsuvarda minik avtomobili elektrik dirəyinə çırpılıb

Biləsuvarda minik avtomobili elektrik dirəyinə çırpılıb, yol təsərrüfatına ziyan dəyib. SİA-nın məlumatına görə, hadisə Biləsuvar şəhərinin mərkəzi hissəsində qeydə alınıb.

Belə ki, idaretməni itirən minik avtomobili yolun kənarında elektrik dirəyinə çırpılıb. Nəticədə dirək aşıb və istinad divarı zədələnib. Qəza zamanı xəsarət alan olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə