Ağır yol qəzasında ölən 3 nəfərin kimliyi məlum olub

Ağır yol qəzasında ölən 3 nəfərin kimliyi məlum olub

Martın 16-da saat 22 radələrində Ağdaş rayonunun Ləki qəsəbəsi ərazisində 2 “Ford” və 1 “Mercedes” markalı yük avtomobillərinin iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib.

SİA-nın AZƏRTAC-dan əldə etdiyi məlumata görə, Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan bildirilib ki, hadisə nəticəsində 3 nəfər - Əliyev Rəşad Ədalət oğlu, Ağammədov Yasin Sədiyar oğlu və Qarayev Yaşar Maarif oğlu aldıqları xəsarətlərdən ölüblər.

Araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə