Ağdaşda yük maşınları toqquşub, 3 nəfər ölüb

Ağdaşda yük maşınları toqquşub, 3 nəfər ölüb

Bakı-Qazax avtomobil yolunda qəza zamanı 3 nəfər ölüb.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, yol nəqliyyat hadisəsi gecə saatlarında magistral yolun Ağdaşın Ləki qəsəbəsindən keçən hissəsində qeydə alınıb. Hadisə şahidlərinin sözlərinə görə, 3 yük avtomobilinin toqquşması nəticəsində 3 nəfər ölüb.

Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə