Primorye sakini arvadını və uşağını güllələyib

Primorye sakini arvadını və uşağını güllələyib

Primorsk diyarında kişi arvadını və uşağını öldürüb, sonra isə intihar edib.

SİA-nın əldə etdiyi məlumata görə, Primorsk diyarı prokurorluğunun mətbuat xidməti xəbər verir ki, martın 15-dən 16-na keçən gecə Qriqoryevka kəndində qanlı qətl hadisəsi baş verib.

Müəyyən edilib ki, 52 yaşlı yerli sakin 44 yaşlı arvadı və uşağını tapança ilə güllələyib, daha sonra isə intihar edib. Hadisənin araşdırılması zamanı məlum olub ki, hücum edən şəxs əvvəllər narkotik vasitələrin qanunsuz dövriyyəsi sahəsində cinayət törətməkdə təqsirli bilinib.

Hazırda qətlin bütün təfərrüatları müəyyənləşdirilir. Prokurorluq cinayətin istintaqını nəzarətə götürüb, həmçinin şərti məhkum edilmiş şəxslərə nəzarət etmək üçün islah sistemi orqanlarının işinə baxış təşkil edib.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə