Hamilə qadın yeməkdən boğularaq ölüb

Hamilə qadın yeməkdən boğularaq ölüb

Moskvada paytaxt kafelərindən birinə gələn qonaq qəfil dünyasını dəyişib.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, qadın 37 həftəlik hamilə olub.

REN TV-nin məlumatına görə, faciəvi hadisə oktyabrın 10-cu ildönümü küçəsində yerləşən yeməkxanada qeydə alınıb.

Belə ki, 41 yaşlı qadın yemək yeyərkən birdən onda təngnəfəslik yarandığından boğulmağa başlayıb.

Kafeyə gələn təcili yardım həkimləri qadının həyatını xilas edə bilməyiblər.

Lakin mütəxəssislər qadına təcili qeysəriyyə əməliyyatı aparmağa nail olublar.

Həkimlərin hərəkəti nəticəsində uşaq sağ qalıb.

Hazırda hadisənin bütün şəraiti müəyyən edilir.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə