Zaqatalada 18 yaşlı gənc partlayış nəticəsində ölüb

Zaqatalada 18 yaşlı gənc partlayış nəticəsində ölüb

Zaqatala rayonunda 18 yaşlı gənc partlayıcı maddənin partlaması nəticəsində ölüb. Daxili İşlər Nazirliyinin(DİN) mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, martın 16-da saat 14:30 radələrində Zaqatala rayonu ərazisində 2006-cı il təvəllüdlü Ömərov Məhəmməd Kamal oğlunun partlayıcı maddənin partlaması nəticəsində aldığı xəsarətlərdən ölməsi barədə polisə məlumat daxil olub.

Araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə