Rusiyanın xalq artisti Aleksandr Şirvindt vəfat edib

Rusiyanın xalq artisti Aleksandr Şirvindt vəfat edib

Rusiyanın xalq artisti, Satira Teatrının prezidenti Aleksandr Şirvindt xəstəxanada dünyasını dəyişib.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə TASS-a mədəniyyət müəssisəsinin bədii rəhbəri Sergey Qazarov xəbər verib.

...Aleksandr Anatolyeviçin oğlu Mişa mənə zəng etdi. Atasının yarım saat əvvəl xəstəxanada öldüyünü və nə edəcəyimizi hələ bilmədiyini dedi.

...Aleksandr Şirvindt 1934-cü il iyulun 19-da Moskvada anadan olub. Onun valideynləri, musiqiçi Anatoli Şirvindt və Moskva Filarmoniyasının konsert şöbəsinin redaktoru Raisa Şirvindt Böyük Vətən Müharibəsi illərində Perm vilayətinin Çerdin şəhərinə köçüblər.

1943-cü ildə ailə ailə Moskvaya qayıtdıqdan sonra, Aleksandr burada birinci sinfə gedib. Valideynləri onun musiqi karyerası quracağına ümid edirdilər, lakin o, fortepiano dərslərinə maraq göstərmirdi.

... Aleksandr musiqi məktəbinə daxil olsa da, lakin sonra onu tərk etdi. Şukin adına Teatr Məktəbinə və Moskva Dövlət Universitetinin hüquq fakültəsinə daxil oldu.

1952-ci ildə Şukin məktəbinin tələbəsi oldu və məzun olduqdan sonra dərhal Kino Aktyor Teatr Studiyasına köçüb. 1956-cı ildə Leninski Komsomol Teatrına (sonralar Lenkom) daxil olub, 1968-ci ilə qədər burada çalışıb, sonra Malaya Bronnayadakı Moskva Dram Teatrına keçib.

1970-ci ildə Satira Teatrında işləməyə başlayıb, burada 30-dan çox rol oynayıb və bədii rəhbər olub. Üstəlik, 1957-ci ildə Şirvindt memar Natalya Belousova ilə evlənib.

Onların Mixail adlı bir oğlu var idi, o da aktyor oldu və cütlük 60 ildən çox bir yerdə oldular.

2000-ci ildə Şirvindt Satira Teatrının bədii rəhbəri oldu.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə