Minik avtomobilləri toqquşub

Lənkəranda yol – nəqliyyat qəzası baş verib.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, hadisə şəhərin Şəhidlər xiyabanı küçəsi ilə Heydər Əliyev prospektinin kəsişən hissəsində baş verib.

Belə ki, rayonun Sütəmurdov kənd sakini Elşən Əskərovun idarə etdiyi “VAZ-2104” markalı minik avtomobili “Nissan Note” markalı minik avtomobili ilə toqquşub.

Qəza nəticəsində sürücü E. Əskərov müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Lənkəran rayon mərkəzi xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə

Digər layihələrimiz


Səs TV qaynar xətt: +(994 55) 699-88-81, +(994 12) 598-33-90, sesmediaqrup@gmail.com