...Moskvada yeniyetmə qız narkotikə görə öz atasından polisə şikayət edib.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə xəbəri “MK” “Shot Telegram” kanalına istinadən yayıb.
Belə ki, Zelenoqrad sakini olan ata 14 yaşlı qızını tək böyüdürdü. Ata ilə qız arasında münaqişə kişinin narkotik vasitəyə aludə olması səbəbindən yaranıb.
Maraqlıdır ki, məktəbli qız özü polisə gələrək atasının qəribə qoxulu nəsə qəbul etdiyindən şikayətlənib. Qız bu qoxunun onun heç xoşuna gəlmədiyini bildirib.
...Və nəticədə moskvalı ata narkotikdən istifadə etdiyini etiraf edib.
İndi isə aydın olur ki, atanı Rusiya Federasiyası Cinayət Məcəlləsinin 228-ci maddəsi ilə cəza gözləyir.
Qız isə, təbii ki, uşaq evinə verilə bilər.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB