Polis əməkdaşları qanunsuz saxlanılan odlu silahların könüllü təhvil verilməsi ilə bağlı profilaktik tədbirləri davam etdirir. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, martın 12-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 1 ədəd tapança, 5 ədəd müxtəlif markalı tüfəng, 3 patron darağı və 107 ədəd müxtəlif çaplı patron təhvil götürüblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB