Şəkidə fərdi yaşayış evi yanıb. SİA-nın məlumatına görə, hadisə bu gün saat 14:30-da rayonun Kiçik Dəhnə kəndində qeydə alınıb. Kənd sakini Əflatun Talıbova məxsus 2 otaqdan ibarət evdə yanğın baş verib.
Yanğının söndürülməsi üçün əraziyə Fövqaladə Hallar Nazirliyinin (FHN) yanğınsöndürənləri cəlb edilib. Yanğın nəticəsində evin yanar konstruksiyaları və evə bitişik talvarın yanar konstruksiyaları yanıb. Yaxınlıqdakı digər tikililər yanğından mühafizə olunub.
Faktla bağlı araşdırma aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB