Gəncə şəhərində piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub. SİA-nın məlumatına görə, minik avtomobili şəhərin Fərhad Əliyev küçəsində hərəkətdə olan zaman piyada - 1947-ci il təvəllüdlü Qəsibə Vəliyevanı vurub.
Qadın aldığı xəsarətlərdən həyatını itirib.
Faktla bağlı araşdırma aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB