Cəlilabadda avtomobil traktorun qoşqusuna çırpılıb

Cəlilabadda avtomobil traktorun qoşqusuna çırpılıb

Cəlilabad rayonunda xəsarətlə nəticələnən yol qəzası baş verib. SİA-nın məlumatına görə, hadisə rayonun Uzuntəpə kəndində qeydə alınıb.

Belə ki, avtomobilin traktorun qoşqusuna çırpılması nəticəsində 3 nəfər xəsarət alıb. Yaralılar rayon xəstəxanasına aparılıb. Onların şəxsiyyəti və hadisənin təfərrüatları dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə