Bərdədə minik maşını evakuatorla toqquşub - YENİLƏNİB

Bərdədə minik maşını evakuatorla toqquşub - YENİLƏNİB

Bərdədə ölümlə nəticələnən yol qəzasının bəzi detalları məlum olub. SİA xəbər verir ki, Nəriman Ağamirzəyevin idarə etdiyi "VAZ-2106" markalı avtomobil "İsuzu" markalı evakuatorla toqquşduqdan sonra ağaca çırpılıb.

Hadisə nəticəsində N.Ağamirzəyev ölüb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupunun baş inspektoru, polis kapitanı Aslan Qiyaslı faktı "Report"a təsdiqləyib.

Bildirib ki, faktla bağlı cinayət işi başlanıb, istintaq aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə