Oğurluğa görə həbs olunan şəxsin digər cinayətlərinin də üstü açılıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupundan SİA-ya verilən məlumata görə, Lənkəran rayonu ərazisindəki evlərdən birindən oğurluq etdiyi üçün polis əməkdaşları tərəfindən saxlanılan və məhkəmənin hökmü ilə azadlıqdan məhrum edilən Anar Mirzəyevin rayonun Liman şəhəri ərazisində daha iki evdə oxşar cinayət hadisələri törətdiyi müəyyən edilib.
Əlavə tədbirlərlə onun oğurluq etdiyi evlərdə zərərçəkənlərə 6400 manat maddi ziyan vurduğu məlum olub.
Faktlarla bağlı araşdırmalar davam etdirilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB