Xankəndidən avtomat və başqa silah-sursat aşkarlanıb

Xankəndidən avtomat və başqa silah-sursat aşkarlanıb

Polis əməkdaşları tərəfindən Xankəndidə silah-sursat aşkarlanıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə Xankəndi şəhəri ərazisindən 8 ədəd müxtəlif markalı avtomat silahı, 30 patron darağı, 3 alışdırıcı, 930 ədəd müxtəlif çaplı patron və digər sursatlar aşkar olunaraq götürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə