Naxçıvanda avtomobil piyadanı vurub

Naxçıvanda avtomobil piyadanı vurub

Naxçıvan şəhərində avtomobil piyadanı vurub. SİA xəbər verir ki, hadisə şəhərin 2-ci mikrorayon ərazisində qeydə alınıb.

Belə ki, avtomobil səki ilə gedən Naxçıvan şəhər sakini, 1956-cı il təvəllüdlü Hacıyev Ruslan Səttar oğlunu vurub. Zərərçəkən Naxçıvan Mərkəzi Xəstəxanasına yerləşdirilib, vəziyyəti orta-ağırdır.

Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə