Cəbrayıl rayonunun Marallı kəndində 3 nəfərin ölümü, 3 nəfərin xəsarət alması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib. Daxili İşlər Nazirliyinin Mətbuatından SİA-ya bildirilib ki, "Mercedes" və "VAZ-2107" markalı minik avtomobillərinin toqquşması nəticəsində Əli Cəfərov, Mehdi Mehdiyev və Etibar Əliyev hadisə yerində ölüb.
Daha 3 nəfər ağır xəsarət alıb. Onların kimliyi dəqiqləşdirilir. Yaralılar Füzuli Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
Faktla bağlı cinayət işi başlanılıb, istintaq aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB