Vur, ölən özbəkdir!

Leninqrad vilayətində polis 36 yaşlı rusiyalı qadını və onun 14 yaşlı oğlunu əcnəbi vətəndaşa, “çörək dlınca Rusiyaya gələn özbəkə” hücum etməkdə şübhəli bilərək saxlayıb.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə “Fontanka” yazıb.

Münaqişənin nədən yarandığı məlum olmasa da, amma qadının və onun 14 yaşlı oğlunun bıçaq çıxarıb Özbəkistan vətəndaşını “yortduqları” məlumdur.

Deyilənlərə görə, hadisə ötən gün baş verib.

Pavlovskdakı mənzildən birində çoxsaylı xəsarətlər alan özbək ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.

Qeyd edilir ki, xəsarət alan Özbəkistan vətəndaşı olsa da, amma Rusiyada qanuni olaraq, yəni miqrasiya orqanlarında qeydiyyatda keçib yaşayırmış.

Hüquq-mühafizə orqanları ana-bala üçün cinayət işi açıb. Hazırda şübhəlilər istintaq təcridxanasındadırlar.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə