Bakı-Sumqayıt yolunda avtomobil aşıb, xəsarət alanlar var

Bakı-Sumqayıt yolunda avtomobil aşıb, xəsarət alanlar var

...08.03.2024-cü il tarixində saat 18:13 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Xocasən qəsəbəsindən Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə yol-nəqliyyat hadisəsilə bağlı çağırış daxil olub.

SİA APA-ya istinadən xəbər verir ki, bu barədə TƏBİB-dən bildirilib.

Bildirilib ki, hadisə yerinə dərhal təcili tibbi yardım briqadası göndərilib.

Xəsarət alan 3 nəfər şəxs (2 kişi cinsli, 1 qadın cinsli olmaqla) qapalı kəllə-beyin travması ilə xəstəxanalara hospitalizasiya olunub.

Xəsarət alan 35 yaşlı qadın Kliniki Tibbi Mərkəzə, 30 yaşlı kişi Respublika Neyrocərrahiyyə Xəstəxanasına, 25 yaşlı kişi isə Respublika Klinik Xəstəxanasına hospitalizasiya olunub.

Hər birinə zəruri tibbi xidmətlər göstərilib.

Bütün xəbərlər Facebook səhifəmizdə