Azərbaycan vətəndaşı terrorçuluğu maliyyələşdirməyə görə həbs edilib

Azərbaycan vətəndaşı terrorçuluğu maliyyələşdirməyə görə həbs edilib

Azərbaycan vətəndaşı terrorçuluğu maliyyələşdirməyə görə həbs edilib. SİA-nın xəbərinə görə, bu barədə Bakı şəhəri Səbail Rayon Məhkəməsi tərəfindən qərar qəbul olunub.

Belə ki, Dövlət Təhlükəsizliyi Xidmətində aparılan cinayət işi üzrə Azərbaycan vətəndaşı Abit Mərdanov Cinayət Məcəlləsinin 214-1-ci maddəsi ilə ittiham olunduğu cinayət əməllərinə görə həbs edilib.

A.Mərdanov terrorçuluğu maliyyələşdirmə cinayət əməllərini törətməkdə təqsirləndirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə