Qızcığaz soyuducuda yaranan qısaqapanmadan ölüb

Qızcığaz soyuducuda yaranan qısaqapanmadan ölüb

...Moskva vilayətində doqquz yaşlı məktəbli fərdi evdə soyuducuda yaranan qısaqapanmadan ölüb.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə SHOT Telegram kanalı yazıb.

Kanalın yazdığına görə, ölən qızın 18 yaşlı qardaşı yanan otaqdan qaçaraq xilas ola bilib.

Deyilənlərə görə, yanğın gecə saat 2 radələrində başlayıb. Hadisə yaşanarkən evdə bacı və qardaş olublar.

Ana gecə növbəsində işdə olub. Ailənin başçısı ata isə çoxdanmış ki, onlarla yaşamırmış.

Qız soyuducu olan otaqda yuxuya gedib. Qısaqapanma baş verərkən balaca qızcığazı xilas etmək olmayıb.

Hüquq-mühafizə orqanları araşdırmaya başlayıb.

Qeyd edək ki, bir müddət bundan əvvəl Noginsk sakini telefonla danışarkən elektrik cərəyanı vurması nəticəsində ölüb.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə