Abşeron Rayon Prokurorluğunda araşdırma aparılır

Abşeron Rayon Prokurorluğunda araşdırma aparılır

Martın 6-da saat 16 radələrində Abşeron rayonunun Saray qəsəbəsi, Üzümçülük yaşayış massivinin ərazisindən keçən su kanalında 1968-ci il təvəllüdlü Cəfərov Akif Əbülfəz oğlunun meyiti aşkar olunub.

SİA-nın AZƏRTAC-dan əldə etdiyi məlumata görə, rayon prokurorluğundan bildirilib ki, cəsədin xarici müayinəsi zamanı onun üzərində hər hansı xəsarət izi müəyyən edilməyib.

Faktla bağlı Abşeron Rayon Prokurorluğunda araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə