Beş gün əvvəl itkin düşən kişinin meyiti tapılıb

Beş gün əvvəl itkin düşən kişinin meyiti tapılıb

Sumqayıtda itkin düşən 56 yaşlı Akif Cəfərovun meyiti tapılıb. Bu barədə SİA-ya mərhumun qohumları məlumat verib.

Bildirilib ki, A.Cəfərovun meyiti Samur-Abşeron kanalının kənarından tapılıb.

Qeyd edək ki, 1968-ci il təvəllüdlü Akif Cəfərov 5 gün öncə Yaşıldərə yaşayış massivindən çıxaraq itkin düşmüşdü.

Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə