Viləş çayının Masallı şəhəri ərazisindən keçən hissəsinin kənarında, kisənin içərisindən silah-sursat tapılması barədə polisə məlumat daxil olub.
SİA AZƏRTAC-a istinadən xəbər verir ki, Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, Masallı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən sözügedən əraziyə keçirilən baxış zamanı oradan bir AK-74 markalı avtomat və 4 patron aşkarlanaraq götürülüb.
Fakt üzrə araşdırma aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB