İspaniyada qadın alverçiləri tutulub...

...İspaniya polisi qadınları cinsi köləlikdə saxlayan dəstəni yaxalayıb.

SİA-nın əldə etdiyi məlumata görə, bunu ölkənin hüquq-mühafizə orqanlarının mətbuat xidməti martın 4-də bildirib. Belə ki, polis əməkdaşları Badajoz şəhərində qadın alveri ilə məşğul olan cinayətkar dəstəni sıradan çıxarıblar.

Əməliyyat zamanı iki qadın xilas edilib və daha yeddi potensial qurbanın da olduğu bildirilir.

Reyd nəticəsində polis 3 nəfəri saxlayıb, onlardan ikisi nəzarətə götürülüb. Həmçinin axtarışlar zamanı hüquq-mühafizə orqanı əməkdaşları onlardan tapança və döyüş sursatları da götürüblər.

Səlahiyyətlilər saxlanılanlara qarşı seksual alver, fahişəliyə məcbur etmək, cinayətkar qruplaşmada iştirak etmək və qanunsuz silah saxlamaqda ittiham ediblər.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə