Mixail Efremovun şərti azadlığa buraxılır..?

...Sərxoş vəziyyətdə qəza törətdiyinə görə uzun müddət həbs cəzası çəkən sovet və rus aktyoru Mixail Efremovun şərti azadlığa buraxılması ilə bağlı ərizəsi təsdiqlənib.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, sənətçinin həbsdə olduğu Belqoroddakı 4 saylı koloniyadakı görüş bir gün əvvəl baş tutub.

...Koloniyanın rəhbərliyi artıq müsbət cavab verib və sənədləri Belqorod vilayətinin Alekseevski Məhkəməsinə göndərib.

Mənbə bildirir ki, orada yekun qərar iclas zamanı veriləcək. Kanalın xəbərinə görə, sənədlərin bu gün və ya sabah ofisə gələcəyi və sonra məhkəmənin maksimum iyirmi gün ərzində ona baxacağı gözlənilir.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə