Son iki gündə narkotiklərlə əlaqəli 60 fakt müəyyənləşib

Son iki gündə narkotiklərlə əlaqəli 60 fakt müəyyənləşib

Martın 2-3-də ölkə ərazisində qeydə alınan 98, əvvəlki dövrlərdən bağlı qalan 11 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 43, o cümlədən borclu şəxs qismində axtarışda olan 27 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Narkotiklərlə əlaqəli 60, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 17 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 94 nəfər saxlanılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə