İki gündə təhvil alınan silah-sursatın SAYI

İki gündə təhvil alınan silah-sursatın SAYI

Polis əməkdaşları qanunsuz saxlanılan odlu silahların könüllü təhvil verilməsi ilə bağlı profilaktik tədbirləri davam etdirir. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, martın 2-də və 3-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 1 avtomat silahı, 3 tüfəng, 9 patron darağı və 30 ədəd müxtəlif çaplı patron təhvil götürüblər.

Həmçinin polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə qanunsuz saxlanılan 8 müxtəlif markalı tüfəng və 11 patron aşkar edilərək götürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə