Ötən gün Sank Peterburqda,..bu gün isə Novosibirskdə iki gündür mənzillərin birində bağlı qalan ac uşaq xilas edilib. SİA-nın “İzvestiya”dan əldə etdiyi məlumata görə, uşaq soyunaraq eyvana çıxıb və kömək diləyib.
Belə ki, uşaqla eyni binada yaşayan yerli sakinlərdən biri üzbəüz evdən dostlarının ona zəng edərək aşağıda eyvanda çılpaq bir oğlanın dayandığını deyiblər.
Qadın dərhal ərini çağıraraq birlikdə eyvana çıxıblar və nalə çəkən uşqğın kömək dilədiyini eşidiblər.
Qonşu əlavə edib ki, əvvəlcə yeməyi uşağa endirmək istəyiblər, amma təsadüfən yıxılmaması üçün bunu etməyiblər.
Nəticədə xilasedicilər gələnə qədər uşağın fikri yayındırıblar. Xilasedicilər dırmanma ləvazimatları vasitəsilə yuxarı mərtəbədəki eyvandan mənzilə daxil olublar.
Məlum olub ki, doqquz yaşlı uşaq iki gün mənzildə oturub, heç nə yeməyib və valideynlərinin harada olduğunu bilmir. Uşağa psixoloji yardım göstərildikdən sonra polisə təhvil verilib.
Hazırda yoxlama aparılır.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB