...Sankt-Peterburqun Vıborq rayonundakı Parqolovo qəsəbəsindəki otellərdən birində kişi meyitləri tapılıb.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə Neva.Today polisə istinadən xəbər verir.
Beləliklə, verilən məlumata görə, otelin əməkdaşlarının otel otağında zorakılıqla ölüm əlamətləri olmayan iki kişinin cəsədini tapdıqları bildirilir.
Qeyd edilir ki, tapıntı barədə artıq polisə məlumat verilib. Hadisə yerinə təhlükəsizlik qüvvələri gəlib.
Və məlum olub ki, meyitlər 33 və 28 yaşlı olan kişilərə məxsusdur.
Meyitlər ölüm səbəbinin müəyyən edilməsi üçün morqa göndərilib.
Cinayət işinin başlanması məsələsi həll edilir.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB