Krasnodarda məhkəmə şəhərin mərkəzində iş adamını güllələyən şəxsi həbs edib.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə xəbəri Rusiyanın Krasnodar diyarı üzrə İstintaq Komitəsinin Teleqram kanalı verib.
...Məhkəmə müstəntiqin vəsatəti əsasında həbs qətimkan tədbiri seçib. Təqsirləndirilən şəxs tanışını qətlə yetirməkdə təqsirli bilinir.
Bildirilir ki, dindirilmə zamanı şübhəli şəxs günahını etiraf edib.
Qətlin istintaqı davam edir.
Xatırladaq ki, martın 1-də Budyonnı küçəsində 54 yaşlı kişi ov tüfəngi ilə 58 yaşlı iş adamının tanışını güllələyib, bundan sonra polisə təslim olub.
Məlum olub ki, o, yeddi milyon rubl borcunu qaytarmamaq üçün cinayət törədib.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB